Mr. Probowo! Representatives of political parties, led by His Excellency Dr.

Posted by Abbas Hünbətov

Posted on April 23, 2017



Hörmətli cənab Probava!
Rəhbərlik etdiyiniz siyasi partiyanın nümayəndələri zati-aliləri Dr. H.Anies Baswedanın Cakarta şəhərinin qubernatoru və zati-aliləri cənab H.Sandiaga Sholahudin Unonun onun müavini seçilməsi münasibətilə Sizi və sizin simanızda bütün üzv və tərəfdarlarınızı ürəkdən təbrik edirəm.
Əldə etdiyiniz bu böyük qələbə müasir qloballaşan dünyada milli dəyərlərin hər cür təhdidlərinə baxmayaraq pencak silatçıların öz ənənələrinə sadiqliyini, həmrəyliyini, birliyini və gücünü nümayiş etdirir. Bu isə bir daha onu sübut edir ki, pencak silat dərin və sağlam ideoloji bazaya malikdir. Bu böyük ailənin üzvü olan hər bir şəxs ümumi qələbə üçün öz tövhəsini əsirgəmədiyindən bizim gələcəkdə də çoxsaylı uğurları qeyd edəcəyimizə inanıram. Ümid edirəm ki, qazanılan bu yeni qələbə pencak silatçıları daha da ruhlandıracaq və dünya miqyasında onun geniş yayılmasını şərtləndirəcək.
Azərbaycan Sindo-ryu və Pencak silat Federasiyası adından bir daha Sizi təbrik edir və gələcək işlərinizdə uğurlar, möhkəm can sağlığı arzulayıram.

Hörmətlə,
Azərbaycan “Sindo-ryu və pencak silat”
Federasiyasının prezidenti Ceyhun Əşrəfov